“Qarabağ”ın “Visla” ilə oyunlarının vaxtı dəqiqləşdi
23.07.2010 - 17:42
“Qarabağ”ın Avropa Liqasının III seçmə mərhələsində “Visla” ilə oyunların vaxtı məlum olub. Apasport.az saytının məlumatına görə, iyulun 29-da Krakovun şəhərinin “Hutnik” stadionunda keçiriləcək ilk oyun Bakı vaxtilə saat 23:00-da başlanacaq. Bir həftə sonra Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma isə saat 21:00-da start götürəcək.
0
0