“Xəzər-Lənkəran” Kot D’İvuar yığmasının oyunçusunu gətirir
24.07.2010 - 11:17
“Xəzər-Lənkəran” Kot D’İvuar yığmasının oyunçusunu gətirir
“Xəzər-Lənkəran” komandasının yeni baş məşqçisi Mirça Rednik Rumıniyada çıxış edən daha bir futbolçunu transfer etmək istəyir. Apasport.az saytının məlumatına görə, 48 yaşlı mütəxəssis əvvəllər çalışdırdığı Buxarestin “Dinamo” komandasında oynayan Zie Diabateni gözaltı edib.

Rumıniya klubunun rəhbərliyi 21 yaşlı müdafiəçini “Xəzər-Lənkəran”a satmağa hazırdır. “Dinamo” futbolçusuna 700 min avro qiymət qoyub. Gənclərdən ibarət Kot D’İvuar yığmasında da oynayan Diabate 5 il əvvəl 17 yaşlılar arasında dünya çempionatının final mərhələsində də iştirak edib. Müdafiənin həm mərkəzində, həm də solunda oynayan Zie “Dinamo”da 2008-ci ilin aprelində debüt edib.

Qeyd edək ki, Diabateyə qədər “Dinamo”nun digər futbolçularından Osman N’Doye, Adrian Kristeanın da adı “Xəzər-Lənkəran”la yanaşı hallanıb.