Mirça Rednik: Bu qədər pulun xərclənməsini istəmirəm
24.07.2010 - 11:55
“Xəzər-Lənkəran” komandasının rumıniyalı baş məşqçisi Mirça Rednik Buxarest “Dinamo”sunun futbolçusu Osman N’Doyeni transfer etmək istədiyini təsdiqləyib. Apasport.az saytının məlumatına görə, 48 yaşlı mütəxəssis Rumıniya mətbuatına açıqlamasında seneqallı yarımmüdafiəçini komandasında görməyi arzuladığını açıqlayıb.
Lakin Rednik bu “sevda”dan vaz keçməli olacağı ilə də barışmağa hazırdır. Çünki bir neçə gün əvvəl “Dinamo” rəhbərliyi Osmanın transferinin 800 min dollar dəyərində olduğunu açıqlamışdı. M. Rednik bunu yüksək sayır: “Mən bu futbolçuya belə böyük məbləğin xərclənməsini istəmirəm”.
Qeyd edək ki, yeddi ildir Seneqal yığmasında forma geyən Osman 2004 və 2008-ci illərdə Afrika Millətlər Kubokunun final mərhələsində çıxış edib. Milli komandasında 27 matçda 1 qol vuran yarımmüdafiəçi 2002-ci ildən Avropada oynayır. Fransada “Tuluza”, “Loryan”, Portuqaliyada “Eştoril”, “Akademika”, Rumıniyada “Vaslui” və “Dinamo”da çıxış edib. Müdafiəyə meylli orta xətt futbolçusu əvvəllər Azərbaycana da gəlib. O, 2008-ci ilin İntertoto kubokunda “Vaslui”nin “Neftçi” ilə hər iki qarşılaşmasında da meydana çıxıb.

0
0