“Neftçi”dən qovulan futbolçu rusiyalılarla danışıq aparır
24.07.2010 - 12:20
Bakının “Neftçi” komandasının sabiq futbolçusu Taavi Rahn karyerasını Rusiya çempionatında davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, Estoniya milli komandasının müdafiəçisi birinci divizion təmsilçisi “Baltika”da baxışdan uğurla keçib. Kalininqrad təmsilçisinin sınadığı futbolçu özünü yaxşı tərəfdən göstərsə də, hələ onunla müqavilə bağlanmayıb. Buna tərəflər arasında danışıqların yekunlaşmaması səbəb olub. Belə ki, Taavinin nümayəndələri ilə “Baltika” rəhbərliyi müqavilənin şərtlərində hələ razılıq əldə edə bilməyiblər.
Qeyd edək ki, Rahn 2009/10 mövsümündə “Neftçi”də 19-u Unibank Premyer Liqasında olmaqla 21 oyun keçirib. Mövsüm bitən kimi isə bakılılar onunla yollarını ayırmaq qərarına gəliblər.
Qeyd edək ki, Rahn 2009/10 mövsümündə “Neftçi”də 19-u Unibank Premyer Liqasında olmaqla 21 oyun keçirib. Mövsüm bitən kimi isə bakılılar onunla yollarını ayırmaq qərarına gəliblər.
0
0