Milli komanda üçün yeni namizəd
24.07.2010 - 13:08
Milli komanda üçün yeni namizəd
Braziliya milli komandasının baş məşqçisi postuna yeni namizədin adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Dunqanın istefasından sonra boş qalan post Manu Menezesə təklif olunub. Braziliya Futbol Konfederasiyasının prezidenti Rikardu Teyşeyra “Korintians”ın çalışdırıcısını yığmada görmək istəyir. Mütəxəssis isə düşünmək üçün vaxta ehtiyacı olduğunu bildirib.

Qeyd edək ki, Menezesə qədər belə təklif alan Murisi Ramalyu “Fluminense” ilə müqaviləsinin olduğunu əsas gətirərək yığmada çalışmaqdan imtina edib.