“Qalatasaray” Anatoli Timoşuk üçün 5 milyon avro verir
24.07.2010 - 13:15
Ukrayna yığmasının futbolçusu Anatoli Timoşuk karyerasını Türkiyənin “Qalatasaray” klubunda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi Almaniyada “Bavariya”nın şərəfini qoruyan 31 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Türkiyəlilər Timoşuk üçün 5 milyon avro ödəməyə də hazırdırlar.
Qeyd edək ki, “Bavariya”nın baş məşqçisi Lui van Qaal bu günlərdə verdiyi açıqlamasında Anatolinin ona lazım olmadığını açıqlamışdı. Onun sözlərinə görə, heyətə düşmək şansı minimuma bərabər olan Timoşuk üçün Münheni tərk etmək məqsədə uyğun olardı.

0
0