Mirça Rednik Buxarest “Dinamo”sunun baş məşqçisinə zəng edib
24.07.2010 - 13:29
“Xəzər-Lənkəran”ın baş məşqçisi Mirça Rednik əvvəllər çalışdırdığı Rumıniya “Dinamo”sundan futbolçu gətirmək arzusunu gerçəkləşdirməyə yaxındır. Apasport.az saytının məlumatına görə, Buxarest təmsilçisinin baş məşqçisi İoan Andone Azərbaycanda çalışan həmyerlisinin bu istəyinə mane olmaq fikrindən uzaqdır. Belə ki, “Dinamo”nun çalışdırıcısı Redniklə telefon söhbətində futbolçularının Azərbaycana keçidinə razılıq verib: “Rednik mənə zəng vurmuşdu. Söhbətimiz əsnasında o dedi ki, “Dinamo”dan oyunçu transfer etmək istəyir. Mən də bunun əleyhinə olmadığımı söyləyib Redniklə razılaşdım. Lakin bu o demək deyil ki, bu transfer indi baş tutacaq”.
Qeyd edək ki, Rumıniya mətbuatı “Dinamo”nun bir sıra futbolçularının Rednikin siyahısında yer aldığını iddia edir.
Qeyd edək ki, Rumıniya mətbuatı “Dinamo”nun bir sıra futbolçularının Rednikin siyahısında yer aldığını iddia edir.
0
0