“Kənardan çox ciddi görünsəm də, elə deyil”
24.07.2010 - 23:02
“Qarabağ” klubunun yarımmüdafiəçisi Emin İmaməliyevin apasport.az saytına müsahibəsi
- Səmimi söhbət etməyi xoşlayırsınız?
- Belə də, o qədər də sevmirəm.
- Çəkinirsiniz?
- Nədən çəkinəcəyəm? Sadəcə, çox danışmaqla, söhbət etməklə aram yoxdur. Bəzi adamlar telefonda çox danışmağı xoşlasalar da, bu mənlik deyil.
- Yəni sirrinizi, dərdinizi heç kimlə bölüşmürsünüz?
- Çox vaxt sirrimi özümdə saxlayıram. Həm də sirrini kiminləsə bölüşürsənsə, o artıq sirr olmur.
- Bəzi insanlar var ki, müəyyən yollarla özünü dost kimi sırıyır və sirlərini öyrənir. Sonra da bundan silah kimi istifadə edir. Bəlkə buna görə qorxursunuz?
- Belə şeylərdən çəkinmirəm. Şükürlər olsun ki, elə böyük problemim də yoxdur. Olanda da çalışıram ailəmlə birgə həll edim. Evin sirrini kənara çıxarmağı xoşlamıram. Bu mənə aiddirsə, niyə başqası bununla maraqlanmalıdır.
- Bildiyimə görə, ölkə xaricində istirahət etməyi xoşlayırsınız?
- İmkan olduqca, çalışıram ki ailəmə vaxt ayırım. Onlarla birgə harasa dincəlməyə gedək.
- Sonuncu dəfə harada istirahət etmisiniz?
- Antalyada.
- Nə vaxt?
- Mövsüm başa çatdıqdan sonra komandaya istirahət verdilər. Mən də ailəmlə birgə iyunun 1-də Türkiyəyə yollandım.
- Ölkə xaricini seçməyiniz həmin məkanın daha əlverişli şəraitə malik olması ilə bağlıdır?
- Təbii ki, getdiyimiz yerdə şərait yaxşı olur. Dincəlmək, normal istirahət etmək üçün hər cür imkan yaradılır. Formamı saxlamaq üçün məşqlərimə ara vermirəm. Ailəm dincəlsə də, mən hər gün fərdi şəkildə hazırlıq keçirəm. Həm də əsasən uşaqlara görə, ölkə xaricinə çıxırıq. Bu onların dünya görüşünə müsbət təsir edir. Azərbaycanın da dincəlmək üçün gözəl guşələri var. İsmayıllı, Qəbələ və bir də Nabranı çox xoşlayıram. Sözün düzü, çoxdandır adlarını çəkdiyim bölgələrə yolum düşmür. Ancaq təbiətinə söz ola bilməz.
- Sözünüzdən belə başa düşdüm ki, evlisiniz.
- Bəli. 2 övladım – bir qızım və bir oğlum var.
- Ailə dostlarınız necə, çoxdurmu?
- Xeyr, elə də çox deyil.
- Aralarında gediş-gəlişiniz olanları varmı?
- Ceyhun Sultanovla gediş-gəlişimiz var. Futbolçu olmayan yaxın dostlarım da var.
- Qonaq getməyi xoşlayırsınız, yoxsa qəbul etməyi?
- Fərqi yoxdur. Əsas odur ki, ortada mehribançılıq olsun. Üzdə gülüb, arxada başqa söz danışmasınlar.
- Hədiyyə almaqla aranız necədir?
- Xoşlayıram. Harasa qonaq gedəndə, çalışırıq suvenir alaq. Yəni bizdən bir xatirə kimi qalsın. Sırf kiməsə, nəsə almırıq.
- Ad günlərinizi qeyd edirsiniz?
- Uşaq vaxtlarımdan ad günümü təmtəraqlı qeyd etməmişəm. Bəzən elə vaxt olub ad günüm olduğunu bilməmişəm. Baş qarışıq olur, oyunlar, məşqlər və s.
- Heç olmasa, yubileylərinizi də qeyd etmisiniz?
- Hərdən qeyd edirəm. 25 yaşımı ailəmlə birgə bağda qeyd etmişik. Yəni 5 ildən bir təbii ki, yubiley gəlir və bunu qeyd etmək lazımdır.
- Uşaqların ad gününü də unudursunuz?
- Xeyr, onların doğum günlərini qeyd edirik. Çalışırıq maraqlı nəsə təşkil edək. Klounlar dəvət edirik və s.
- Səfərə çıxanda uşaqlar sizin üçün darıxırmı?
- Əlbəttə, onlar da darıxır, mən də. Qızım lap çox darıxır. Toplanışa gedəndə, telefonla danışanda ağlayır, evə tez gəlməyimi istəyir. Mən telefonla onu sakitləşdirməyə çalışıram. Özü də oyunlarıma baxırlar.
- Nədənsə ünsiyyət qurmağa meylli deyilsiniz...
- Kənardan belə görünə bilər. Bunu çox adam deyib. Ancaq elə deyil. Düşdüyüm mühitə tez öyrəşməyə çalışıram.
- Qaraqabaq insansınız?
- Xeyr. Yenə deyirəm ki, kənardan çox ciddi insan kimi görünürəm, ancaq elə deyil. Ünsiyyət qurduqdan sonra haqqımdakı düşüncələr dəyişir.
- Emin, ağ saçlarınız gündən-günə çoxalır...
- Saçın ağarması nur deməkdir. Fikrimcə, saçımın tökülməsindənsə, ağarması daha yaxşıdır.
- Buna görə sizə “ağsaqqal” deyən olubmu?
- 15-16 yaşında uşaqlar olub ki, müraciət edərkən, “dayı” deyiblər. Uşaqdır da, nə deyim. Yəqin kənardan saçıma baxıb belə müraciət edir. Amma cəmi 29 yaşım var. Düzdür, hər gün ömürdən gedir. İnsan bir gün yaranıb, nə vaxtsa da, bu dünyanı tərk edəcək. Sadəcə, yaşın üstünə yaş gəldikcə, təcrübən də artır. Hər gün yeni nəsə öyrənirsən.
- Boş vaxtlarınızı necə keçirirsiniz?
- Ailəmlə birgə keçirməyə çalışıram. Daha çox bağa üz tuturuq.
- Bağda ağaclara qulluq edirsiniz?
- İş görməklə aram yoxdur. Hərdən həvəsim olanda, nəsə etməyə çalışıram.
- Maraqlıdır ki, xarici ölkələrin əksəriyyətində futbolçuların gəlirləri haqqında ictimaiyyətə məlumat verilir. Ancaq bizdə hamı susur. Niyə?
- Deyə bilmərəm. Bu klub tərəfindən açıqlanmalıdır. Xaricdə də hamısı demir. Orda vəziyyət fərqlidir. Məsələn, Xavi kimi oyunçunun gəliri açıqlana bilər. Lakin ortabab oyunçuların maaşı barədə heç vaxt açıqlama verilmir.
- Pulunuza gör sizinlə “dost”luq etmək istəyən olubmu?
- Bu mümkün olan şey deyil. Pula görə, necə dostluq etmək olar? Pis çıxmasın pul əl çirkidir. Buna görə də istənilən vaxt həmin dostluq pozula bilər.
- Ancaq əl çirki dediyiniz həyata yaşamaq üçün vacib olan ünsürlərdəndir.
- Orası elədir. Normal yaşamaq, özün üçün şərait qurmaq üçün pul qazanmalısan. Ancaq buna görə dost olmur.
- Ən böyük arzunuz nədir?
- Övladlarımı vətənə layiq şəkildə böyütmək, onların normal təhsil almasına bacardığım qədər nail olmaqdır. İkinci arzum isə, “Qarabağ”la ölkə çempionu olmaq və qitə miqyaslı yarışlarda qrup mərhələsində mübarizə aparmaqdır. İnşallah, buna nail olacağıq. Biz Quzanlıda oynayanda stadion tamamilə dolur. Həmin qaçqın insanları sevindirmək istəyirik. Elə vaxt olub ki, qələbə qazandığımıza görə, azarkeşlərimiz göz yaşlarına hakim ola bilməyiblər. Bizə ümidləri sonsuzdur. Onların bu dəstəyini doğrultmağa çalışacağıq. Azarkeşlərimizi sevindirmək bizim üçün şərəfdir.

0
0