“Turan”da yeni vitse-prezident
24.07.2010 - 19:05
“Turan” klubunun yeni-vitse prezidentinin kimliyinə aydınlıq gətirilib. Apasport.az saytının xəbərinə görə, Zabit Hüseynov Tovuz təmsilçisində analoji vəzifəni icra edəcək. Qeyd edək ki, Hüseynov Musa Süleymanov üçün heç də yad isim deyil. O, əvvəllər Qərb bölgəsində yayımlanan “Simurq” TV-nin direktoru vəzifəsində çalışıb. Süleymanov isə ötən aya qədər adıçəkilən kompaniyanın sahibi olub.
0
0