Vurğun Hüseynovun “Xəzər-Lənkəran”a keçidi baş tutmadı
24.07.2010 - 23:05
Mövsüm başa çatdıqdan sonra “Turan”la müqaviləsi davam etməsinə baxmayaraq, “Xəzər-Lənkəran”la ilkin anlaşma imzalayan Vurğun Hüseynovun Cənub təmsilçisinə keçidi baş tutmayıb. Apasport.az saytının xəbərinə görə, buna səbəb “Turan” rəhbərliyinin müdafiəçini heyətdə saxlamaq istəməsidir.
Sakit Alıyevi baş məşqçi postuna təyin edən rəhbərlik ona ilk növbədə klubun yetirmələri olan gənc və perspektivli futbolçulara şans verməyi tapşırıb. Buna görə də, Hüseynov qarşıdakı mövsümü də doğma komandasının heyətində keçirəcək. Artıq “Turan”ın düşərgəsində olan müdafiəçi komanda ilə birgə Gürcüstana toplanışa yollanıb.
Qeyd edək ki, 21 yaşlı futbolçu əvvəllər də Sakit Alıyevin rəhbərliyi altında çıxış edib. O, son mövsümdə icarə əsasında “Qəbələ”nin formasını geyinib. Müdafiəçinin “Turan”la anlaşması gələn ilin yayında başa çatacaq.

0
0