“Neftçi” və AZAL məni transfer etmək istəyirdi” – FOTO
24.07.2010 - 23:09
“Neftçi” və AZAL məni transfer etmək istəyirdi” – FOTO
“Çempionat başa çatdıqdan sonra bir neçə klubdan, o cümlədən “Neftçi” və AZAL-dan transfer təklifləri aldım. Eyni zamanda, vətənimdədə bir neçə klub xidmətimdə maraqlı idi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan” klubunun müdafiəçisi Muammer Erdoğdu deyib.

Son mövsüm başa çatdıqdan sonra bir müddət vətənində dincələn türkiyəli futbolçu iyulun 1-dən etibarən məşqlərə başlayan “Turan”un düşərgəsinə dönüb. Halbuki keçmiş məşqçisi onu hazırda çalışdırdığı Bank Asiya I Liqasında çıxış edən klublardan birinə aparmaq istəyib: “Keçmiş məşqçilərimdən biri, Şaban Yıldırım hazırda “Elazıspor” klubunda çalışır. O, mənə dəvət göndərmişdi. Başqa klublar da mənimlə maraqlanırdı. Yenidən “Turan”a döndüm. Hər zaman bu klubun formasını sevə-sevə geyinməyə hazıram”.