İqor Mitreski: Çempion olmaqdan ötrü bir sıra amillər tələb olunur
24.07.2010 - 23:15
“Bu komandanın düşərgəsində yer aldığım qısa müddət ərzində yaxşı hazırlığın şahidi olduğumu deyə bilərəm. Həm toplu çalışmalar, həm də fiziki məşqlər çox maraqlı keçir. Komandada yaxşı atmosfer hökm sürür. Təxminən 10 gündür bu kollektivlə birgəyəm. Demək olar ki, uyğunlaşma prosesi arxada qalıb. Daha bir neçə gündən sonra tam uyğunlaşacağam”. Apasport.az saytının xəbərinə görə, bunu “Neftçi” klubunun yeni transferi İqor Mitreski deyib.
Makedoniyalı futbolçu klubun saytına müsahibəsində Türkiyənin Bolu şəhərində keçirilən təlim-məşq toplanışının gedişatı və qarşıya qoyulan məqsəd barədə fikirlərini bildirib: “Komandamızın bünövrəsi, kökü var. Artıq burada bir yoxlama matçına çıxıb, "Orduspor"a 4:0 hesabı ilə qalib gəlmişik. Əsas odur ki, qələbə qazanmışıq. Baxımlı oyun göstərdin və ya göstərmədin fərqi yoxdur, istənilən halda, nəticə üçün mübarizə aparırıq. Çempion olmaqdan ötrü bir sıra amillər tələb olunur. Bunun üçün öz üzərimizdə çalışmalı, komanda oyunu göstərməl, səhvləri düzəltməli və heç vaxt ruhdan düşməməliyik".

0
0