“Neftçi”nin ikinci sınağı
24.07.2010 - 23:00
“Neftçi”nin ikinci sınağı
Unibank Premyer Liqasının 2010/11 mövsümünə Türkiyənin Bolu şəhərində hazırlaşan "Neftçi" bu gün növbəti yoxlama matçında qüvvəsini sınayacaq. Apasport.az saytının xəbərinə görə, flaqmanın rəqibi Türkiyə Superliqa təmsilçisi "Kardemir Karabükspor" olacaq.

1969-cu ildə qurulan bu klub uzun müddət Türkiyə çempionatının aşağı liqalarında mübarizə aparsa da, ötən mövsümün yekunlarına əsasən, tarixində ilk dəfə Superliqaya yüksəlib. "Neftçi" - "Kardemir Karabükspor" oyunu Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

Xatırladaq ki, "ağ-qaralar" Boludakı təlim-məşq toplanışı çərçivəsində iyulun 22-də "Orduspor"a 4:0 hesabı ilə qalib gəlib.