Futbolçumuz Türkiyə yığması ilə oyunda 4 qol vurdu
24.07.2010 - 23:22
Futbolçumuz Türkiyə yığması ilə oyunda 4 qol vurdu
Hollandiyanın Den Haaq şəhərində təşkil olunmuş «Crocs Challenge Cup» turnirində çimərlik futbolu üzrə Azərbaycan millisi növbəti oyununu keçirib. Apasport.az saytının xəbərinə görə, millimiz Türkiyə yığması ilə qarşılaşıb. Oyun 8:5 hesabı ilə türkiyəli futbolçuların xeyrinə başa çatıb. Millimizin heyətində Asif Zeynalov 4 qol vurub. 1 dəfə isə İlham Əzizzadə fərqlənib.

Qeyd edək ki, millimiz bu turnirdə ilk oyununu iyulun 23-də Çexiya yığmasına qarşı keçirmiş və 6:5 hesabı ilə qalib gəlmişdi.