Futbolçularımız Şağana gedir
25.07.2010 - 16:43
Futbolçularımız Şağana gedir
15 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının hazırlıq planında dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, bu dəyişiklik almaniyalı baş məşqçi Sissi Raytın rəhbərliyi altında keçirilən təlim-məşq toplanışının son günü ilə bağlıdır.

Belə ki, iyulun 23-də Bakıda bir araya gələn yığmamızın sabaha planlaşdırılan son məşqinin yeri dəyişdirilib. Komanda əvvəlcədən planlaşdırıldığı kimi, Tofiq Bəhramov adına Respublika stadionunda deyil, Şağan Olimpiya İdman Kompleksində məşq edəcək. Məşq saat 10:00-da başlayacaq.

Mənbə: affa.az