Dieqo Forlan üçün daha bir mükafat
25.07.2010 - 17:07
Dieqo Forlan üçün daha bir mükafat
Uruqvay milli komandasının futbolçusu Dieqo Forlan ölkəsinin ən yaxşı idmançısı seçilib. Apasport.az saytının məlumatına görə, 31 yaşlı hücumçu 2009/10 mövsümünün yekunlarına əsasən bu mükafata sahib olub.

CAR-da keçirilən dünya çempionatının final mərhələsinin ən yaxşı oyunçusu seçilən Forlan Uruqvay yığmasının 40 ildən sonra yarımfinala çıxmasında əsas pay sahibi idi. Həmin yarışda “Qızıl top”a sahib olan Forlan vətənindəki mükafata xüsusi önəm verir: “Uruqvayın ən yaxşı idmançısı seçilmək mənim üçün böyük şərəfdir. Başqa ölkələrdə çıxış etdiyim vaxt çoxsaylı mükafatlar əldə etmişəm. Amma indi vətənimdə, böyüyüb, boya-başa çatdığım Uruqvayda mükafatlandırılıram”.

Qeyd edək ki, Fforlanın çıxış etdiyi Uruqvay yığması mundialda IV yeri tutub.