“Qarabağ” hücum etməyi sevən komandadır”
25.07.2010 - 20:35
“Ağdamın “Qarabağ” klubu ötən mərhələdə qalib gəldiyimiz Litva təmsilçisi “Şaulyay”la müqayisədə xeyli güclüdür. Məlumdur ki, azərbaycanlılar texnikalı, baxımlı futbol nümayiş etdirirlər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Polşanın “Visla” klubunun məşqçisi Andrey Bahr deyib.
Avropa Liqasının III təsnifat mərhələsində Ağdamın “Qarabağ” klubunun rəqibi olan Krakov təmsilçisinin nümayəndəsi iyulun 22-də Bakıda olub. O, “Qarabağ”ın II təsnifat mərhələsinin Şimali İrlandiyanın “Portadaun” klubu ilə cavab oyununu canlı izləyib: “Mənim izlədiyim matçda da şimali irlandiyalılar əvvəldən axıradək müdafiə olunurdular. Onlar sanki öz qapılarından 16 metr uzaqlaşmamaq tapşırığı almışdılar. Qarşılaşmanın 1:1 hesabı ilə nəticələnməsi aldadıcı ola bilər. Azərbaycanlılar aşkar üstünlüyə malik idi. Hesabı qonaqlar açsa da ağdamlılar 5-6 qol vurmağa borclu idi. Lakin öz günahları üzündən heç-heçə ilə kifayətləndilər”.
Bahr “Qarabağ”ın hücumda oynamasından və komandanın bombardiri Əfran İsmayılovdan çəkinir: “Qarabağ” hücum futbolu oynayır. “Portadaun”la görüşün 70-80 faizini topa onlar nəzarət etdilər. Bu təkcə qonaqların müdafiə taktikası ilə bağlı deyil. Sadəcə olaraq, “Qarabağ” hücum etməyi sevir, böyük qüvvə ilə ön xətdə oynayıb, texnikalı futbol göstərməyi sevir. Bu onların əsas üstünlüyüdür. Əlbəttə ki. Əfran İsmayılovun indiki forması da diqqət çəkir. 22 yaşlı yarımmüdafiəçi çox maraqlı və təhlükəli futbolçudur”.
Polşalı mütəxəssis matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun dolu olacağını da dərk edir: “Cavab oyununda stadionun dolu olacağını bilirik. Bizi rəqibin güclü dəstəklənməyi gözləyir. Nelə ab-hava lap Argentinanın futbol meydanlarını xatırladır”.

0
0