“Neftçi” Türkiyədə ikinci qələbəsini qazandı
25.07.2010 - 20:41
Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışını davam etdirən Bakının "Neftçi" klubu növbəti yoldaşlıq oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Arif Əsədovun yetirmələri qüvvəsini "Kardemir Karabükspor"la qarşılaşmada sınayıb.
Bakılılar bu görüşdən 1:0 hesablı qələbə ilə ayrılıblar. “Neftçi” matçın yaleyini ilk yarıda vurulan qolla həll edib. 42-ci dəqiqədə sağ cinahla irəliləyib müdafiəçiləri arxada qoyan Rail Məlikov cərimə meydançasında olan Bahodir Nasimova ötürmə verib. Özbək hücumçu isə iti bucaq altında qüvvətli zərbə ilə komandasına qələbə qazandırıb.
Qeyd edək ki, "Neftçi" Boludakı ilk yoxlama oyununda "Orduspor"u 4:0 hesabı ilə məğlub etmişdi.

0
0