Mahir Şükürovun növbəti sevinci Şahin Diniyevi məyus etdi
25.07.2010 - 21:03
Mahir Şükürovun növbəti sevinci Şahin Diniyevi məyus etdi
Rusiya Premyer Liqasında növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, çempionatın XIV turu Premyer Liqadakı azərbaycanlıları üz-üzə qoyub. Belə ki, Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürovun çıxış etdiyi “Anji” yığmamızın sabiq baş məşqçisi Şahin Diniyevin çalışdığı “Terek”i qəbul edib.

28 yaşlı müdafiəçi bu dueldən qalib ayrılıb. Mahaçqala təmsilçisi Sorayevin 75-ci dəqiqədə vurduğu qolla 1:0 hesablı qələbə qazanıb. Şükürov bu matçda start heyətində meydana çıxaraq, matçı əvəzolunmadan keçirib.

Bu, “Anji”nin mövsümdə 4-cü qələbəsi olub. 14 turdan sonra xal hesabını 16-ya çatdıran Mahirin komandası 11-ci yerdəki mövqeyini möhkəmlədib. Diniyevin məşqçisi olduğu Qroznı təmsilçisi isə 17 xalla 10-cu yerdə qalıb.