Yığmamız futbolun yaradıcılarını məğlub etdi
25.07.2010 - 22:45
Yığmamız futbolun yaradıcılarını məğlub etdi
Hollandiyanın Den Haaq şəhərində təşkil olunmuş çimərlik futbolu üzrə “Crocs Challenge Cup” turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən Azərbaycan milli komandası bu gün son oyununu keçirib.

Futbolçularımız İngiltərə yığması ilə qarşılaşıblar. Millimizin futbolun yaradıcılarını 5:2 hesabı ilə məğlub edib. Millimizin heyətində Elvin Quliyev, Hikmət Bağırov, Renat Sultanov, Emin Kürdov və Zeynal Zeynalov fərqlənib. Bu qələbədən sonra Emil Cabbarovun yetirmələri Hollandiyanı III yerin sahibi kimi tərk edib.

Qeyd edək ki, “Crocs Challenge Cup” turnirinin qalibi adını Türkiyə millisi qazanıb. Meydan sahibləri isə ikinci yerlə kifayətləniblər.

Mənbə: affa.az