“Ayaks” “Neftçi”yə rəqib oldu
26.07.2010 - 00:22
“Ayaks” “Neftçi”yə rəqib oldu
Belçika yığmasının futbolçusu Emil Mpenzanı transfer etmək istəyən “Neftçi” yeni maneə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Hollandiyanın məşhur “Ayaks” klubu da bakılıların heyətinə qatmaq istədiyi hücumçuya göz dikib.

Amsterdamlılar “Neftçi” ilə rəqabətdə qalib gəlib, Emili heyətinə qatmağa məcburdur. Çünki “Ayaks”ın baş məşqçisi Martin Yol komandasını tərk edən Marko Panteliçin yerinə ideal namizəd kimi Mpenzanı görür.

Bunadək “Alkmaar”ın hücumçuu Munir əl-Hamdauini transfer etmək istəyən hollandiyalılar bu keçid baş tutmayınca, İsveçrənin “Syon” klubunda çıxış edən belçikalını hədəfə alıb.