Yücel İldiz: “Neftçi” kimi güclü rəqiblə oyuna hazır deyilik
26.07.2010 - 09:00
“Neftçi” ilə oyunumuz hazırlıq baxımından çox yaxşı oldu. Görüş hər iki komanda üçün effektli keçdi. Matçda zədə, cəza və mübahisə olmamağını xüsusi qeyd edərdim”. Apasport.az saytının xəbərinə görə, bu sözləri Türkiyənin "Kardemir Karabükspor" klubunun baş məşqçisi Yücel İldiz deyib.
Türkiyənin Bolu şəhərində "Neftçi" ilə yoxlama oyunu (1:0) haqda fikirlərini bildirən İldiz flaqmanın güclü olduğunu etiraf edib: "Neftçi"nin aqressiv oynaması xoşuma gəldi. Cinah oyunçuları fəal nəzərə çarpırdılar. Bu, çox müsbət məqamdır. Onlar futbolu çirkinləşdirmədən mübarizə apardılar. Açığı, biz hələ belə güclü rəqiblərlə oyuna hazır deyilik".
Qeyd edək ki, bundan əvvəl “Orduspor” klubunu böyük hesabla məğlub edən (4:0) “Neftçi”yə bu dəfə qələbəni yeni transferi, özbək hücumçu Bahodir Nasimov qazandırıb.
Mənbə: neftchifc.com

0
0