“Daçiya” Azərbaycan çempionunu transfer etdi
26.07.2010 - 09:32
Azərbaycan çempionu olan belaruslu futbolçu Vitali Ledenyov özünə yeni klub tapıb. Apasport.az saytının məlumatına görə, ötən mövsüm Bakının “İnter” klubunun heyətində Premyer Liqamızın qalibi olan hücumçu Moldovanın “Daçiya” komandasına keçib.
Avroliqada mübarizəni dayandıran Kişinyov təmsilçisinin tanınmış baş məşqçisi İqor Dobrovolski Ledenyovu transfer etməyi lazım bilib. İki illik müqavilə bağlayan Vitali ötən mövsüm “İnter”in ehtiyat oyunçular skamyasının daimi sakini olsa da, 1988-ci ildə həmyerlimiz İqor Ponomaryovla birgə Seul Olimpiadasının qalibi olan Dobrovolski onun xidmətinə ehtiyac duyub.
Qeyd edək ki, Ledenyov “İnter”ə qədər ölkəmizdə İmişlinin “MKT-Araz” klubunda oynasa da, orada da əsas heyətə düşə bilməmişdi.

0
0