“Qarabağ”ın iştirak ərizəsində yeni sima - FOTO
26.07.2010 - 11:00
“Qarabağ”ın iştirak ərizəsində yeni sima - FOTO
“Qarabağ” Avroliqanın III təsnifat mərhələsində Polşanın “Visla” klubu ilə oyunlarda yeni transferi Andrey Rubinin xidmətindən istifadə edə biləcək. Apasport.az saytının məlumatına görə, yığmasının da üzvü olan latviyalı sol cinah yarımmüdafiəçisinin adı UEFA-ya göndərilən sifariş vərəqəsinə salınıb.

“İnter”dən transfer olunan Rubin yeni komandasında 31 nömrəli formada meydana çıxacaq.

Qeyd edək ki, “Visla” – “Qarabağ” oyunu iyulun 29-da keçiriləcək.