Raul “Real”la vidalaşır
26.07.2010 - 11:41
Məşhur futbolçu Raul Qonsales bu gün Madridin “Real” klubu ilə rəsmən ayrılacaq. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, 15 il formasını geyindiyi komanda ilə hücumçu arasında vida mərasimi “Santyaqo Bernabeu” stadionunda keçiriləcək.
Karyerası ərzində “Real”a sadiq olan Raul bu klubla 3 dəfə Çempionlar Liqasının, 6 dəfə isə İspaniya çempionatının qalibi adını qazanıb.
Qeyd edək ki, son mövsümü əsasən ehtiyat oyunçular skamyasında keçirən Raul Almaniyanın “Şalke-04” klubuna keçib.

0
0