Andrey Rubin: “Visla” klubunu keçməyimiz realdır
26.07.2010 - 12:02
“Keçidimə və ən əsası adımın UEFA-ya sifariş olunmasına görə sevinirəm. Artıq yeni komandama Avroliqada kömək edə bilərəm. 3 həftədir “Qarabağ”ın düşərgəsində hazırlıq keçdiyim üçün bu kollektivə uyğunlaşmışam. Burda özümü yad hiss etmirəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun yeni transferi Andrey Rubin deyib.
Son iki ildə Bakının “İnter” klubunun heyətində çempionatımızın gümüş və qızıl medalını qazanan latviyalı yarımmüdafiəçi mövsüm bitəndən sonra getməyə qərar verdi. Transferində problem yarandığı üçün “Qarabağ”a Avroliqada əvvəlki mərhələlərində kömək edə bilməyən Rubin III təsnifat mərhələsində Polşanın “Visla” klubu ilə oyunlara sifariş olunub: “Burda hər şey xoşuma gəlir. “Visla” ilə ağır oyuna ciddi hazırlaşırıq. Bilirik ki, çox çətin olacaq. Güclü rəqiblə görüşə yaxşı köklənməliyik. Nəticə haqda nəsə deyə bilmərəm”.
Mövsüm bitəndən sonra oyun praktikasından əziyyət çəkən Andrey zədə problemi ilə də üzləşdi. Bu isə onun iyulun 29-da “Visla” ilə səfər görüşündə əsas heyətdə meydana çıxmaq şansını azaldır: “Meydana çıxıb, yeni komandama kömək etmək istəyim çoxdur. Ümid edirəm ki, yüz faiz hazır olacağam. Hər halda, buna baş məşqçimiz Qurban Qurbanov dəqiq qərar verə bilər. Nə dərəcədə olduğum kənardan daha yaxşı görünər”.
Rubin nəinki “Visla”nı, son təsnifat mərhələsindəki rəqibi də keçib, Avroliqanın qrup mərhələlərinə düşmələri perspektivinə də toxunub: “Əlbəttə, buna nail olmağımız realdır. Biz bunu gerçəkləşdirməyə çalışacağıq. Ümumiyyətlə, mən hər oyuna çıxanda yalnız qələbəni düşünürəm. Fikirləşmirəm ki, bu gün uduza bilərik”.
Mehman SÜLEYMANOV

0
0