UEFA Asim Xudiyevə təyinat verdi
26.07.2010 - 11:49
Azərbaycanlı hakim-inspektor UEFA-dan növbəti təyinat alıb. Apasport.az saytının məlumatına görə, Asim Xudiyev iyulun 29-da Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində «Serkl Brügge» (Belçika) və «Anortosis» (Kipr) komandaları arasında keçiriləcək görüşdə hakim-inspektor olacaq. Bu matç iyulun 29-da Brügge şəhərindəki «Jan Breydel» stadionunda baş tutacaq.
Mənbə: affa.az
Mənbə: affa.az
0
0