Gürcüstanda “Turan”a yeni futbolçular qoşulacaq
26.07.2010 - 12:32
Gürcüstanda “Turan”a yeni futbolçular qoşulacaq
“Bakıdakı toplanışdan razı qaldım. Xüsusilə, “Qəbələ” ilə görüşdə komanda mən istəyən oyunu göstərməyə yaxın oldu”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan” klubunun baş məşqçisi Sakit Alıyev deyib.

Yeni mövsümün hazırlığını Gürcüstanda davam etdirən “Turan” qonşu ölkədə yoxlama oyunları ilə bərabər, heyətini də gücləndirməyə çalışacaq. Baş məşqçi əsasən yarımmüdafiənin cinahlarından narazıdır: “Yoxlama oyunları da göstərdi ki, yarımmüdafiənin cinahlarını gücləndirməliyik. Gürcüstanda baxışa futbolçular gələcək. Ola bilsin, 1-2 oyunçu ilə anlaşdıq. Müdafiədəki boşluğu Vurğun Hüseynovla doldurduq”.

Vurğun Hüseynov barədə danışan Alıyev onun oyunlara hələ tam hazır olmadığını bildirib: “O, Bakıda komanda ilə bir məşq keçdi. Lakin oynamağa hazır olmadığına görə, meydana buraxmadıq. Vurğuna formasını bərpa etməsi üçün ayrıca hazırlıq proqramı tətbiq edəcəyik. O, təxminən 2 həftəyə oynamağa hazır olacaq”.