Tomaş Stolpa: “Visla” “Qarabağ”dan xeyli güclüdür
26.07.2010 - 13:01
“Fikrimcə, “Visla” daha şanslıdır. 65 faiz Polşa təmsilçisinin, 35 faiz isə Azərbaycan komandasının lehinə səs verərəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri son 1 il yarımda “Qəbələ” klubunun şərəfini qoruyan Tomaş Stolpa deyib.
Avroliqanın III təsnifat mərhələsində “Visla” və “Qarabağ”ın oyununa münasibət bildirən Stolpa həmyerlilərinin mərhələ adlayacağı qənaətindədir. “Qəbələ”nin sabiq futbolçusunun sözlərinə görə, Krakov klubu ağdamlılarla oyunda çox əziyyət çəkməyəcəklər: “Visla”nın Azərbaycan klubunu keçəcəyinə inanıram. Mən deyərdim ki, onlar “Qarabağ”dan kifayət qədər güclüdürlər. Bunun üçün polşalıların düzgün taktikası hər şeyi həll edəcək”.
Qeyd edək ki, Stolpa Polşada həmçinin “casus”luq edib. O, “Qəbələ”nin “Qarabağ”la son 2 oyununun videoyazısının “Visla” rəhbərliyinə təqdim edib. Bundan əlavə, Azərbaycan komandası barədə bütün məlumatların onlara çatdırılmasında lazımi köməkliyi göstərib.

0
0