“Bakı” rəhbərliyində kütləvi istefa!
26.07.2010 - 13:38
Avropa Liqasında mübarizəni dayandıran “Bakı” klubunun rəhbərliyi istefa verib. Bu haqda apasport.az saytına məlumat verən paytaxt təmsilçisinin baş meneceri Zeynal Məmmədov bildirib ki, özü də daxil olmaqla, digər rəhbər şəxslərin hamısı istefa ərizəsini yazıblar.
“Bakı” Avroliqanın III təsnifat mərhələsində Çernoqoriyanın “Buduçnost” klubu ilə hər iki oyunda 2:1 hesablı qələbə qazansa da, mərhələ keçə bilmədi. Buna səbəb UEFA-nın Bakıdakı matçda kamerunlu futbolçu Joel Epallenin cəzası bitmədiyi halda, meydana çıxması ilə əlaqədar verdiyi 0:3 hesablı texniki məğlubiyyət idi. Məmmədov son qərarı klub prezidentinin verəcəyini bildirib: “Baş verənlərlə bağlı klubdaxili toplantımız olmasa da, qərarımızı vermişik. Düzdür, istefa versək də, klubun işinin dayanmasına imkan vermirik. Çünki yeni çempionatın başlanmasına az vaxt qalıb. Premyer Liqanın startı ərəfəsində lazımi sənədlərin düzəlməsi ilə məşğuluq. Klubumuzun prezidenti Hafiz Məmmədov hazırda ölkə xaricindədir. Yaxın günlərdə vətənə dönəcək və bundan sonra son qərarını verəcək. Onun hansı addım atacağı, klubda fəaliyyətimizi davam etdirib-etdirməyəcəyimizi zaman göstərəcək”.
Məmmədov cəzaya görə, günahın bölünməsini düzgün saymır: “Fikrimcə, burada hamı – İdarə Heyətindən tutmuş adi işçiyə qədər hər kəs məsuliyyət daşıyır. Günahın daha çox kimdə olub-olmamağı ilə bölgü aparmaq düzgün olmazdı. İnanın ki, baş verənlərə mənə bərk təsir edib. Bunu özümə heç cür bağışlaya bilmirəm. Çünki bu məsələdə söhbət tək “Bakı” klubundan yox, bütün Azərbaycan futbolundan gedirdi”.
Qeyd edək ki, Epallenin transfer işləri ilə məşğul olan “Bakı”nın türkiyəli vitse-prezidenti Tunc Afşar da saytımıza açıqlamasında istefa verdiyini demişdi. Hafiz Məmmədov hələ Çernoqoriyada bu ölkəyə ezam olunan azərbaycanlı jurnalistlər, o cümlədən apasport.az saytının əməkdaşı ilə görüşündə günahkarların istefa ərizələrini yazmasının vacibliyini qeyd etmişdi.

0
0