UEFA həmyerlimizi Macarıstana göndərdi
26.07.2010 - 15:22
UEFA həmyerlimizi Macarıstana göndərdi
UEFA daha bir azərbaycanlı hakim-inspektora etibar edib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində «Qyor ETO» (Macarıstan) və «Monpelye» (Fransa) oyununun hakim-inspektoru Murad Məmmədov olacaq.

İyulun 29-da Macarıstanın Qyor şəhərində keçiriləcək oyun «Qyori Eto» stadionunda oynanacaq.

Mənbə: affa.az