Milli komandamız üçün 4 yeni futbolçu
26.07.2010 - 16:33
Milli komandamız üçün 4 yeni futbolçu
15 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının iyulun 23-dən başlayan təlim-məşq toplanışı bu gün Şağan Olimpiya İdman Kompleksinin stadionunda keçirilmiş ikitərəfli oyunla başa çatıb. Apasport.az saytının məlumatına görə, bu matç yığmanın almaniyalı baş məşqçisi Sisi Raytı yaxşı mənada təəccübləndirib.

Rayt bildirib ki, hazırlıq zamanı yeni istedadlar da üzə çıxıb: «Təlim-məşq toplanışı çərçivəsindəki son oyuna baxdıq və müsbət mənada çox təəccübləndim. Çünki futbolçular məşq zamanı öyrəndiklərini oyunda yaxşı tətbiq etməyi bacardılar. Ümumilikdə, toplanış zamanı 4-5 istedadlı qız aşkara çıxardıq və bu, məni çox sevindirir».

Mənbə: affa.az