“Polşada minimal hesablı məğlubiyyət bizə sərf edir”
26.07.2010 - 17:25
Azərbaycanın Avroliqada təmsil edən Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun apasport.az saytına müsahibəsi
- Bu gün Polşanın “Visla” klubu ilə oyuna hazırlığın Bakı mərhələsini başa vurursunuz. Hazırlıq necə gedir?
- Normal. Bakıda məşqlərimizi yekunlaşdırıb, sabah səfərə çıxırıq. Polşaya çarter reysi ilə yollanmaq söhbəti var. Bu reallaşarsa, sabah günün ikinci yarısında səfərə çıxacağıq. Hər şey qaydasındadır. Heyətlə bağlı problemimiz, zədəli futbolçumuz yoxdur.
- Yeni transferiniz Andrey Rubin də artıq bu oyunlar üçün sifariş olunub...
- Bəli, “Visla” ilə oyunlarda Rubinin xidmətindən istifadə etməyə çalışacağıq.
- Ancaq nəzərə alaq ki, Andrey mövsüm bitəndən sonra oyun praktikası sarıdan korluq çəkir. Ümumiyyətlə, onun hazırlıq səviyyəsində problem yoxdur?
- Rubinin hazırlığı qaydasındadır. Bütün məşqlərimizdə maksimum işləyir, özünü göstərməyə çalışır. Məncə, Rubinin oyun praktikası ilə bağlı bir o qədər problem olmamalıdır. Çünki Andrey təcrübəli futbolçudur və bu iki ayda oynamamağının problem yaradacağını düşünmürəm. Biz ona güvənirik və “Visla” ilə görüşlərdə yararlanmaq fikrindəyik.
- Rəqib haqda hansı məlumatlara maliksiniz?
- Onu deyə bilərəm ki, “Visla” çox yaxşı komandadır. Futbolçuları fərdi oyun keyfiyyətlərində güclüdür. Daha çox hücum edən komandadır.
- Maraqlıdır ki, Polşa klubunun məşqçisi də “Qarabağ”ın hücum etməyi sevən komanda kimi xarakterizə edib. Belə çıxır ki, iki hücum futbolu göstərən komandanın oyununu izləyəcəyik...
- İnşallah, hər şey istədiyimiz kimi olar. Biz güclü rəqibin hər bir hücumuna hazır olmalıyıq. “Visla” ilk dəqiqələrdən hücum futboluna üstünlük verəcək. Ancaq bu, o demək deyil ki, biz yalnız müdafiədə oturacağıq. Polşada nəticəyə oynayacağıq.
- Səfərdə hansı nəticəyə ümid edirsiniz?
- Bu haqda dəqiq bir şey bilmərəm. Əlbəttə, ilk oyunu səfərdə keçirdiyimizi nəzərə alsaq, qol vurmağa, top buraxmamağa çalışacağıq. Polşada heç-heçə bizim üçün yaxşı nəticə olardı. Cavab görüşünü evdə keçirəcəyimizdən, minimal hesablı məğlubiyyət də bizə sərf edir.
- Siz futbolçu karyeranız dövründə yığmanın kapitanı kimi Polşaya qarşı oynamış, 2005-ci ildə səfərdə 0:8 hesablı uduzduğumuz rəsmi matçda iştirak etmisiniz. Rəqiblə bağlı sindrom yetirmələrinizdə psixoloji gərginlik yaratmır?
- Yox. Düşünmürəm ki, belə problem olsun. Bu, avrokubok oyunudur. Avroliqada az da olsa uğurla çıxış etmişik və futbolçularda özünəinam var. Bir də ki, futbol günü-gündən inkişaf edir, dəyişiklər olur. Həmin dövrlə indini müqayisə etmək düzgün olmazdı. İndiki futbol onu göstərir ki, hər bir rəqibə qarşı oynamaq, nəticə qazanmaq olar. Biz də “Visla”dan çəkinməyib, vətənə yaxşı nəticə ilə dönməyə çalışacağıq.
Mehman SÜLEYMANOV

0
0