Maradona şərtlərini açıqladı
26.07.2010 - 17:03
Dünya çempionatında zəif çıxış edən Argentina yığmasının baş məşqçisi Dieqo Maradona daha 4 il milli komandanı çalışdırmaq arzusundadır. Apasport.az saytının məlumatına görə, əfsanəvi futbolçu yeni müqaviləyə imza atmaq üçün bir sıra şərtlər irəli sürüb. O, bu şərtlərinin yerinə yetiriləcəyi halda, yığmada qalacağını bəyan edib.
Maradonanın əsas tələblərindən biri komandasından heç kimin istefaya göndərilməməsidir: “Argentina yığmasında baş məşqçiliyimi davam etdirmək istəyirəm. Şərtlərimi federasiya prezidentinə bildirmişəm. Əsas tələbim isə məşqçilər korpusunda heyətin dəyişilməz qalmasıdır. Bir sözlə, komandamda bir nəfərin saçına belə toxunularsa, mən gedəcəyəm”.
Qeyd edək ki, Argentina Futbol Federasiyasının prezidenti Julio Qrondona dünya çempionatından sonra Maradonanın köməkçisi Oskar Ruggeri qovacağı ilə hədələmişdi.

0
0