“Qarabağ”ın legionerləri yığmadan dəvət aldı
26.07.2010 - 17:14
“Qarabağ”ın legionerləri yığmadan dəvət aldı
Ağdamın “Qarabağ” klubunun iki futbolçusu milli komandalarına dəvət alıb. Apasport.az saytının məlumatına görə, Avroliqada ölkəmizi təmsil edən son bürünc mükafatçının mövsümlərarası fasilədə transfer etdiyi albaniyalı sol cinah müdafiəçisi Ansi Aqolli və latviyalı sol cinah yarımmüdafiəçisi Andrey Rubin avqustun 11-də yoldaşlıq görüşlərinə çağırılıb. Rubin Çexiya ilə səfər, Aqolli isə Özbəkistanla evdəki yoldaşlıq görüşlərində iştirak edəcək. “Qarabağ”ın düşərgəsinə daxil olan faksda həmçinin göstərilib ki, futbolçular avqustun 8-də yığmanın düşərgəsində olmalı, 12-də isə klublarına qayıtmalıdır.

Mənbə: qarabagh.com