“Biz “Visla”nı keçməyə qadirik”
26.07.2010 - 18:01
“Biz “Visla”nı keçməyə qadirik”
“Bizi qarşıda Polşa klubu ilə ciddi sınaq gözləyir. “Visla” həqiqətən hörmətə layiqdir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycanı Avroliqada təmsil edən Ağdamın “Qarabağ” klubunun futbolçusu Rəşad Sadiqov deyib.

Millimizin də üzvü olan təcrübəli yarımmüdafiəçi Polşanın vitse-çempionu olan Krakovun “Visla” klubu ilə görüşə nikbin baxır: “Hesab edirəm ki, bizim klub “Visla”nı keçməyə qadirdir. İlk oyunu səfərdə keçirəcəyimizdən, görüşə maksimum inamla hazırlaşmalıyıq. Bakıda rahat oynamaq üçün Krakovdan qənaətbəxş nəticə ilə qayıtmalıyıq. “Polşa sindromu”na baxmayaraq, növbəti mərhələyə çıxacağımıza ümid edirəm. Ən əsası, rəqibə oyundan əvvəl uduzmamalıyıq. Fikrimcə, “Qarabağ” özünü ən yaxşı tərəfdən göstərib, uğur qazanmaq gücündədir”.

Mənbə: extratime.az