Üç futbolçu qəzada öldü
26.07.2010 - 23:00
İsveçin Skollefet şəhərinin futbol klubunun oyunçularını daşıyan avtobus ölkənin şimalında qəzaya düşüb. Apasport.az saytının xəbərinə görə, qəflətən yoldan çıxan avtobus aşaraq magistralın kənarındakı çalaya düşüb. Qəzada 3 futbolçu həlak olub, 17 nəfər yaralanıb. İsveç polisi qəzanın səbəblərini araşdırır. Skollefet klubunun futbolçuları yeni mövsümdə ilk matça qollarında qara sarğı ilə çıxacaqlar.
0
0