Həmyerlimiz türk klubunda ilk oyununa çıxdı
26.07.2010 - 22:05
Həmyerlimiz türk klubunda ilk oyununa çıxdı
"Bakı"nın üçilliyə "Altay"a icarəyə verdiyi Rəhman Hacıyev yeni komandasında ilk oyununa çıxıb. Apasport.az saytının xəbərinə görə, İzmir təmsilçisi Türkiyənin birinci dəstəsinə yeni vəsiqə qazanmış "Akhisar Bələdiyəspor"la qarşılaşıb. Oyundan bir neçə gün öncə Türkiyə mətbuatına verdiyi açıqlamada "Altay Alsancak" stadionuna çıxacağı günü səbirsizliklə gözlədiyini bildirən Rəhmanın arzusu çin olub. O, ilk dəqiqələrdən meydanda olduğu qarşılaşmada yaxşı təsir bağışlayıb. Buna baxmayaraq, birinci hissənin sonlarında qonaqlar hesabı açıb. İkinci hissədə isə heyət tam dəyişib. 60-cı dəqiqədə Okay hesabı bərabərləşdirib - 1:1. Matç elə bu hesabla da başa çatıb.