Fransa milli komandası dağıldı
26.07.2010 - 22:15
Fransa milli komandası dağıldı
Fransa Futbol Federasiyası CAR-da keçirilmiş futbol üzrə DÇ-2010-da komandanın heyətində çıxış etmiş 23 futbolçunun hamısını millidən kənarlaşdırıb. Apasport.az saytının xəbərinə görə, bu, yığmanın yeni baş məşqçisi Loran Blanın istəyi əsasında baş verib. Yaxın vaxtlarda Norveçlə keçiriləcək yoldaşlıq qarşılaşmasında onların heç biri iştirak etməyəcək. Blan yığmanın heyətini yenidən formalaşdırmağa qərar verib. Mundialda qrupda sonuncu yeri tutmaqla azarkeşlərini üzən Fransa yığmasının daxilində də ciddi problemlər var idi.