Qapıçı ayağını yandırdı
26.07.2010 - 22:31
"Aberdin"in qapıçısı Ceymi Lenqfild komandasının mövsümqabağı təlim-məşq prosesinin əksər hissəsini buraxacaq. Apasport.az saytının xəbərinə görə, futbolçu özünü qaynar qəhvə ilə yandırıb.
Klubun avtobusunda olarkən Lenqfild qəhvə içmək istəyib və bu zaman qaynar suyu sağ ayağına töküb. Xəstəxanaya aparılmış futbolçu indi zorla gəzir. Komandada onu "Aberdin"in üçüncü qolkiperi əvəzləyəcək. "Hər şey daha pis ola bilərdi. Ceymi ayağını yandırıb və yəqin ki, bir neçə həftə meydana çıxa bilməyəcək. Futbolçuların nə zamansa zədələnə biləcəklərini hamımız bilirik, amma bunun nə zaman və necə baş verəcəyini kimsə təxminləyə bilməz"- deyə "Aberdin"in baş məşqçisi Mark Makqi söyləyib.

0
0