Di Stefano yatağa düşdü
26.07.2010 - 22:40
"Real"ın fəxri prezidenti Alfredo Di Stefano respirator virus infeksiyasına yoluxaraq xəstəxanaya düşüb. Apasport.az saytının xəbərinə görə, 84 yaşlı Di Stefano anoloji diaqnozla düşdüyü hospitalı ötən həftə tərk etmişdi. Həkimlərin dediklərinə əsasən, "Real"ın canlı əfsanəsində kardiorespirator çatışmazlığı olduğundan ona ciddi nəzarət gərəkdi.
Ötən həftədəki müayinə Di Stefanoda heç bir patologiya aşkarlamamışdı. "Real"ın heyətində 8 dəfə İspaniya çempionu olan və "Qızıl top"u alan Stefanonu məşhur Pele "tarixdə ən yaxşı futbolçu" adlandırmışdı. "Özümü indi birtəhər hiss edirəm. Narahat olmayın, adi zökəmdi. Nə edəsən ki, qocalıqdı - adi zökəm də səni yatağa salır və heç nə edə bilmirsən" – deyə De Stefano söyləyib.

0
0