“Qəbələ”də iki məşhur futbolçu
26.07.2010 - 23:03
"Qəbələ"nin baş məşqçisi Toni Adams baxışa çağırdığı ingilis futbolçularla bağlı yekun qərarını verib. Apasport.az saytının xəbərinə görə, MOİK-lə 0:0 hesabı ilə başa çatan oyunda həmyerliləri - Uill Hendri və Ben Cilli sınayan Adams onları bəyənməyərək, geri qaytarılmaları barədə qərar verib.
Əvəzində isə "Qəbələ" iki məşhur futbolçunu baxışa dəvət edib. Onlardan biri ingilis Terri Kukdu. "Mançester Yunayted"in yetirməsi olan bu futbolçu "Sanderlend", "Birmingem", "Mançester Siti", "Viqan" və "Şeffild Yunayted" kimi klublarda icarə əsasında çıxış etdikdən sonra 4 il ABŞ çempionatında oynayıb. Son klubu "Nors Kvinslend Fyuri" (Avstriya) olan 34 yaşlı futolçu İngiltərənin U-16, U-18 və U-21 yığma komandalarında forma geyinib. Adams onu MOİK-lə oyunda sınayıb.
Baxışa gələn digər bir futbolçu isə Qana yığmasının üzvüdü. Belə ki, Adams ölkəmizə təşrif buyuran Samad Opponqu sınayacaq. Tam adı Abdul Ueyn Samad Opponq olan futbolçu 21 iyul, 1988-ci ildə Kumasi şəhərində dünyaya gəlib. 22 yaşlı hücumçu Qananın "Korners Babies" klubunun yetirməsidi. 2006-cı ildə ilk peşəkar müqaviləsini "Kinq Faysal Babes"lə bağlayan futbolçu 2009-cu ildə "Asante Kotoko" klubuna transfer olunub.
Opponq 2003/05-ci illərdə Qananın U-17 yığmasında 17 oyun keçirib, 8 qola imza atıb və 2005-ci ildə Peruda keçirilən 17 yaşlılar arasında Dünya çempionatına qatılıb. 2006/09-cu illərdə U-20-yə dəvət alan futbolçu 12 oyunda 7 dəfə fərqlənib. Opponq 2009-cu ilin 1 oktyabrında Argentina ilə yoldaşlıq oyununda Qananın əsas yığmasında debüt edib.

0
0