“Toni Adams haqda əlavə nəsə deməyə ehtiyac yoxdur”
27.07.2010 - 13:35
“Toni Adams taktiki hazırlığa xüsusi önəm verir. Tez-tez məşqləri yarımçıq saxlayıb, hər şeyi izah edir. Hər bir futbolçuya harada durmaq lazım olduğunu başa salır”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ”nın futbolçusu Nodar Məmmədov deyib.
Qəbələ təmsilçisi ilə 2 illik müqavilə imzalayan gənc müdafiəçi hazırlığın yüksək səviyyədə davam etdiyini bildirib. İsti hava şəraiti də “Qəbələ”nin hazırlıq planına təsir etməyib: “Havaların isti keçməsi hazırlığımıza heç bir mənfi təsiri olmur. Gündə iki dəfə məşq edirik. Baş məşqçimiz Toni Adams futbolçuların istirahətinə diqqət yetirir. Bəzən gündə bir dəfə məşqlə kifayətlənirik. Mən də əməliyyatdan sonra özümü yaxşı hiss edirəm və məşqlərdə səylə çalışıram”.
22 yaşlı müdafiəçi bu gündən etibarən məşqləri intensivləşdirəcəklərini və fiziki hazırlığa fikir verəcəklərini vurğulayıb. “Qəbələ”nin yeni trenajorlarla təmin olunması ingilis məşqçinin işini bir qədər asanlaşdırıb: “Çox güman ki, məşqlərimiz daha da intensivləşəcək. Artıq yeni trenajorlar gətirilib. Bundan sonra trenajor zalında məşq edəcəyik. Adams haqda əlavə nəsə deməyə ehtiyac yoxdur. Yüksək səviyyəli məşq keçir. Heyətə uyğunlaşmaq baxımında da heç bir problemlə rastlaşmamışam”.

0
0