Berti Foqts “Qarabağ”ı da tək qoymadı
27.07.2010 - 13:58
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Avropa Liqasındakı təmsilçimiz “Qarabağ”ın səfərdə “Visla” ilə keçirəcəyi oyunu izləyəcək. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis yığmanın üzvlərini canlı olaraq iş başında görmək niyyətindədir. Artıq bununla bağlı “Qarabağ” klubuna məlumat verilib. Foqts Ağdam klubunun rəhbərliyindən Polşada məskunlaşmaq və nəqliyyat məsələsini həll etməyi xahiş edib.
Qeyd edək ki, millimizin baş məşqçisi daha əvvəl avrokuboklardakı təmsilçimiz “İnter”in Polşadakı “Lex”lə və “Bakı”nın Çernoqoriyadakı “Buduçnost” komandası ilə oyunlarını stadiondan izləyib.
Qeyd edək ki, millimizin baş məşqçisi daha əvvəl avrokuboklardakı təmsilçimiz “İnter”in Polşadakı “Lex”lə və “Bakı”nın Çernoqoriyadakı “Buduçnost” komandası ilə oyunlarını stadiondan izləyib.
0
0