“Simurq” "Umbro" ilə müqavilə bağladı
27.07.2010 - 14:21
“Simurq” "Umbro" ilə müqavilə bağladı
Zaqatalanın “Simurq” klubu İngiltərənin məşhur "Umbro" şirkəti ilə əməkdaşlıq barədə müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, qurumun Moskvada yerləşən MDB məkanı və Şərqi Avropa ölkələri üzrə rəsmi nümayəndəliyi - "ABM Sport" şirkəti qarşıdakı mövsümdə “Simurq” PFK-nı idman geyimləri və müxtəlif idman ləvazimatları ilə təmin edəcək.
Qeyd edək ki, əyalət təmsilçisi mövsüm yekunlaşdıqdan sonra dünyanın ən məşhur idman brendlərindən biri - "Umbro" ilə əməkdaşlığa başlamaq qərarına gəlib.