“Olimpik”in futbolçusu “Muğan”a keçir
27.07.2010 - 14:46
“Olimpik”in futbolçusu “Muğan”a keçir
“Muğan” qapıçı axtarışlarını yekunlaşdırıb. Klubun vitse-prezidenti Bəhruz Şirəliyevin apasport.az saytına verdiyi məlumata görə, bosniyalı qapıçı İrfan Feyziçi düşərgələrinə dəvət ediblər.

Türkiyədən təlim-məşq toplanışından qayıdan “Muğan” hazırlığını vətəndə davam etdirir və Feyziç də həmyerlisi olan baş məşqçisi Almir Hurtiçin sərəncamındadır. Şirəliyevin sözlərinə görə, İrvanın keçidi hələ rəsmiləşməyib: “Bu qapıçını transfer etmək fikrimiz var. Baş məşqçimiz onu tanıyır. Çox güman, Feyziçlə müqavilə bağlayacağıq. Anlaşmanın müddətinə həmin vaxt aydınlıq gələcək. Çempionatın startına qədər komandamıza daha bir neçə futbolçu cəlb etmək istəyirik. Bu, həm yerli, həm də əcnəbi futbolçu ola bilər”.

Qeyd edək ki, son vaxtlar vətənində oynayan 24 yaşlı İrfan Sarayevonun “Olimpik” klubunda forma geyib. Vaxtilə Şərqdə legioner həyatı yaşayan Feyziç İranın “Şahradi Zəncan” klubunda çıxış edib. “Muğan”ın ötən mövsüm də əsas qapıçısı bosniyalı olsa da, Edis Kurtanoviçlə çıxışı qənaətbəxş sayılmadığı üçün onunla yollar ayrıldı. Ardımdan salyanlılar yığmamızın sabiq qapıçısı Rauf Mehdiyevlə müqavilə bağlasa da, təcrübəli futbolçu sonradan “Neftçi”ninə keçidinə imkan yaradılması haqda rəhbərliyə müraciətinə müsbət cavab aldı.