“İndiki rəqibimiz Azərbaycan çempionundan tam fərqlənir” - FOTO
27.07.2010 - 15:34
“İndiki rəqibimiz Azərbaycan çempionundan tam fərqlənir” - FOTO
“Biz “Slaviya”nın yaxşı futbol oynadığını bilirik. Bu, Bakının “İnter” klubundan tam fərqlənir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Polşanın “Lex” klubunun futbolçusu Slavomir Peşko deyib.

Çempionlar Liqasının II təsnifat mərhələsində Bakının “İnter” klubuna səfərdə 1:0 hesabı ilə qalib gələn Poznan təmsilçisi evdə eyni hesabla məğlub oldu. Nəticədə qalibi müəyyənləşdirmək üçün oyun sonrası penaltilər seriyası təyin edildi. Bu zaman zərbələri daha dəqiq yerinə yetirən “Lex”in növbəti sınağı bu gün Çexiyanın “Sparta” klubu ilədir. Səfərə yollanan ərəfədə fikirlərini bildirən Peşko “İnter”lə çətin oyunlarını xatırlayıb: “Budəfəki rəqib tam fərqli olduğu üçün Azərbaycan komandası ilə görüşlə müqayisədə başqa cür oynamalıyıq. Biz “İnter”in oyun üslubunu bilirdik. Rəqib məğlubiyyətə görə bizdən qisas aldı. Ancaq sonda hər şey bizim üçün yaxşı oldu və cütün taleyini həll etdik. Ən əsası, biz bütün təzyiqləri üstümüzdən götürdük. Ünvanımıza çoxlu tənqidlər eşitdik. Ancaq yolumuzdan dönməyəcəyik. Məqsədimiz Çempionlar Liqasının qrup mərhələsində iştirak etməkdir”.