“Visla” jurnalistlərə şərt qoydu
27.07.2010 - 16:02
“Visla” jurnalistlərə şərt qoydu
Avroliqada “Qarabağ”ın rəqibi olan Polşanın “Visla” klubu jurnalistlərə müraciət edib. Apasport.az saytının məlumatına görə, vitse-çempion komandamızla avqustun 5-də Bakıda keçiriləcək cavab görüşünə getmək istəyən polşalı həmkarlarımızı aparmağa hazırdır. Ancaq bunu təmənnasız etməyən “Visla” sifariş etdiyi çarter reysində yer almaq istəyən mətbuat nümayəndələrinə şərtlərini açıqlayıb. Belə ki, səfərin qiyməti 2000 zlota yaxındır ki, bu da 500 manat deməkdir. Həmin qiymətə gediş-gəlişlə yanaşı, dörd ulduzlu oteldə qalmaq da daxildir. Jurnalistlər konsulluqla bağlı 60 avro xərci özləri çəkməlidir.