Avropadakı qürurumuz
30.07.2010 - 23:15
Büdcəsinə görə ölkə klublarının reytinqini müəyyənləşdirsək, "Qarabağ" istisnasız ilk "beşlik"dən kənar qalar. İmkanlı klub dedikdə, ilk olaraq "Bakı", "Xəzər-Lənkəran", "İnter", "Neftçi", hətta "Qəbələ" göz önünə gəlir. Ondan sonra Ağdam klubunun adını çəkmək olar ki, bu zaman da bir sıra ortabab komandaları "Qarabağ"a şərik etmək məcburiyyətində qalacağıq.
Avrokubokların cari mövsümü göstərdi ki, pul hər şey demək deyil. Ağıllı iş quranda bəzən imkansızlığı da ört-basdır etmək olur. Sadəcə, işinin peşəkarı olmalısan. "Qarabağ" cavab oyununda "Visla"ya uduzub çıxışını dayandıra da bilər. Ancaq artıq Avropaya səs salınıb. Təsəvvür edirsizmi, klublarımız bu il səfər matçlarında uduzmayıb. "İnter" Polşadakı uğuru penaltilərlə qaçırsa da, "Bakı"nın Çernoqoriya zəfəri texniki məğlubiyyət üzündən mənasız olsa da, "Xəzər-Lənkəran" Moldovadakı bərabərliyi ümumi uğura çevirə bilməsə də, fakt ortadadı.
Amma ən böyük uğur təbii ki, səfərdə 2 qələbə, 1 heç-heçənin sahibi olan ağdamlılarındı. Bu, həm klub reytinqi baxımından önəmlidi, həm də Azərbaycan fubol markasının nüfuzu baxımından.
"Qarabağ" avrokuboklarda iştirak edən digər klublarımızla müqayisədə səs-küylü transferlər etmədi, daha doğrusu, buna imkanı çatmadı. Elə bu üzdən rəhbərlik sadəcə, ehtiyac olan mövqelərə Ansi Aqollinin simasında lazımlı oyunçular aldı. Elə oyunçular ki, onlar ümumi ansamblı pozmadılar, əksinə, kollektivə güc qatdılar. Belədə yerli oyunçulardan - həm də qaymaqlardan - qurulan komanda mexanizmə çevrildi.
Təbii ki, uğurun əsas memarı olan Qurban Qurbanov təcrübəsinə və bacarığına görə heç də ölkənin ən yaxşı baş məşqçisi deyil. Amma onun əsas üstünlüyü futbolçularla dil tapmaq, onları pərdəni saxlamaqla əzizləmək, lazım olanda məzəmmət etməkdi. Bu gün Əfran İsmayılovu hansısa təcrübəli oyunçunun kölgəsində qoymayıb, ona güvənmək, zəif olduqda belə oynamasında israr etmək hər adamın bacaracağı iş deyil.
Hər dəfə tənqid olunan Fərhad Vəliyevə hətta kapitan kimi etibar etmək, Maksim Medvedev, Rauf Əliyev kimi gənclərə etimad göstərmək bacarığı sayəsində Qurbanov ən xoş sözlərə layiqdi. Müdafiənin ağırlığını ölkənin ən yaxşı oyunçularından olan Rəşad Sadıqovun çiyinlərinə yükləyib. Admir Teli kimi etibarlı əcnəbini ona köməkçi qoyan Qurban bəy Emin İmaməliyev, Aslan Kərimov, Aftandil Hacıyev kimi veteranları ehtiyatda oturtmaq iradəsini göstərir. Georgi Adamiyanın gəlişindən sonra oyun planında geriləyən Elvin Məmmədov da yavaş-yavaş rəqabətdə uduzduğundan arxa plana keçir. Ancaq heç kim səsini çıxarmır və ümumi uğur naminə məşqçinin ən yaxşılara güvəndiyini görərək zamanını gözləyir.
Qurbanov bir çox matçlarda oyunu əla "oxuya" bildiyini göstərib. Belədə lazımi əvəzetmələrlə gedişatı "Qarabağ"ın xeyrinə dəyişib. Srağagünkü oyunda da belə oldu. Bəlkə də 244 gündü qol vurmayan oyunçuya belə vacib matçda heç kim güvənməzdi. Amma Qurbanov Polşadakı oyunda məhz Vüqar Nadirovun oyunu dəyişə biləcəyini hiss etdi, o da meydanda olduğu 10-15 saniyənin içində qələbəni gətirən qolu vurdu.
Ümumiyyətlə, ağdamlılarda aşkar liderin yoxluğu, yalnız komanda oyununun hakim olması "Visla" ilə qarşılaşmada da özünü göstərdi. Hər bir oyunçunun matçın taleyini həll edə bildiyi komandada zaman-zaman Rəşad Sadıqov, Əfran İsmayılov, Emin İmaməliyev, Georgi Adamiya, Elvin Məmmədov və başqaları səhnəyə çıxır, yoldaşlarından fərqlənmədən son nöqtəni qoymağı bacarır.
Bəlkə də "Xəzər-Lənkəran"ın yalnız rumınlara verdiyi pul "Qarabağ"ın bütöv büdcəsinə bəsdi. Ancaq gəlin nəticələrə və real mənzərəyə baxaq. Eyni sözü "İnter" və "Bakı" haqda da demək olar. Fərq ondadı ki, ağdamlılar maddi vəziyyətin çox da yaxşı olmadığı dönəmdə sıxıntılar qarşısında birləşməyi, vahid komanda olmağı bacardılar. Heyət kasadlığı isə hər bir oyunçunun məsuliyyətini artırdı ki, bu da sonda Polşa qalibiyyətinə gətirib çıxardı. Bazası, stadionu olan bir sıra klublarımızdan fərqli, köçkün həyatı yaşayan, Suraxanı stadionuna sığınan, lazım olanda heç nədən çəkinməyərək Quzanlıyadək gedən "Qarabağ" həm də siyasi silahımızdı. İndi bütün dünya Qarabağın kimin olduğunu əyani şəkildə görür. Elə təkcə buna görə Ağdam klubuna dəstək olmağa borcluyuq.
CAVAD, “Ekspressfutbol” qəzeti

0
0