“Sabah”ın qapıçısı Stas Pokatilovun komandadakı aqibəti bəlli olmaq üzrədir.
“Apasport”un əldə etdiyi məlumata görə, klub qazaxıstanlı qapıçını heyətində saxlamaq niyyətindədir.
Tərəflər arasında danışıqlar başa çatmaq üzrədir. Bildirilir ki, “bayquşlar” futbolçu və təmsilçisi ilə çox böyük ölçüdə razılığa gəlib.
33 yaşlı qolkiperə Avropadan çox yaxşı və ciddi təkliflər var. Buna baxmayaraq o, “Sabah”da qalmağa daha istəklidir.
Pokatilov növbəti mövsüm komanda ilə avrokuboklarda çıxış etmək arzusundadır.
Onun klubla hazırkı müqaviləsi yayda başa çatacaq.
Qeyd edək ki, Stas “Sabah”a 2025-ci ilin yanvarında qoşulub.
- AFFA futbol klublarının akademiya rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
- Kurban Berdıyev: “Son 10 dəqiqəni çıxmaq şərtilə…”
- Dambrauskas: “Məğlubiyyətin məsuliyyətini mən daşıyıram”
- “Sabah” Tovuzdan əliboş qayıdır - YENİLƏNİB
- Bakıda keçirilən FIFA U-15 dünya çempionatının mükafatlandırma mərasimi keçirilib